İLKİN HİDAYEV
Google Ads üzrə keçmiş Google əməkdaşı.
5+ il təcrübə
Keçmiş Google əməkdaşı olaraq Google Ads-in bütün incəliklərinə bələdəm. Hal-hazırda Avropanın ən böyük reklam agentliklərindən birinə White Label olaraq reklam idarəçiliyi və məsləhətçilik xidmətləri təqdim edirəm. Əgər siz də dijital varlığınızı gücləndirmək istəyirsinizsə, mənimlə əlaqə saxlayın.

Google Reklamları Üzrə Mütəxəssis
Mən Kiməm?
Hal-hazırda Avropanın ən böyük agentliklərindən birində məsləhətçi kimi çalışıram və aylıq 400,000+ USD büdcələri idarə edirəm. Ümumilikdə isə 5 milyon dollardan çox reklam büdcəsini idarə etmişəm. iGaming, E-Commerce, Fintech, Ev və Ofis Xidmətləri, Turizm, Təhsil, Əmlak və s. kimi müxtəlif sahələrdə, 10-dan çox ölkədə 1000-dən çox hesabla təcrübəm var.
Keçmiş Google nümayəndəsi kimi platformanın ən incə detallarını, “gizli” optimizasiyaları və təcrübəli reklamçıların belə etdiyi ümumi səhvləri yaxşı bilirəm.
Yüksək büdcələrin idarə olunmasında zəngin təcrübəyə malikəm və büdcənizin maksimum effektivliklə istifadə olunması üçün sizin ehtiyaclarınıza uyğun fərdi həllər təqdim edirəm. İndi əlaqə saxlayın və biznesiniz üçün ən yaxşı nəticələri əldə edin!
Təqdim Etdiyim Xidmətlər

Google Ads kampaniyalarınızın qurulması, optimallaşdırılması və idarə olunması ilə biznesinizin gəlirlərini artırıram. Mövcud hesablarınıza dərin audit apararaq, xərclərinizi optimallaşdırır və performansı maksimuma çatdırıram.

Agentlik brendiniz altında görünməz əməkdaş kimi Google Ads kampaniyalarınızı A-dan Z-yə idarə edir, nəticə yönümlü optimizasiya ilə ROI-ni artırıram.

Google Ads strategiyası, büdcə bölüşdürməsi və satışlarınızı artırma üzrə biznesiniz üçün fərdi məsləhət planı hazırlayıram
Tez-Tez Verilən Suallar
Google Ads nədir?
Google Ads, Google-un reklam platformasıdır və dünyanın ən geniş yayılmış online reklam sistemlərindən biridir. Google Ads ilə axtarış nəticələrində, YouTube-da, Gmail-də və milyonlarla veb-saytda reklamlarınızı göstərmək mümkündür.
Google Ads reklamları biznesim üçün faydalı olacaqmı?
Bəli! Google Ads əksər bizneslər üçün effektivdir, lakin hər sektorun nəticələri fərqlidir. Əgər reklamlar sizin üçün faydalı olmayacaqsa, bunu əvvəlcədən bildirəcək və alternativ həllər təklif edəcəyəm. Məqsədim büdcənizin səmərəli istifadəsidir.
Xidmətlərinizdən kimlər istifadə edə bilər?
Fərdi sahibkarlar, agentliklər və rəqəmsal marketinq komandaları üçün xidmətlər təklif edirəm.
Əməkdaşlıq necə olur?
Əvvəlcə məqsədləriniz müəyyənləşdirilir, sonra strategiya planlanır, tətbiq olunur və kampaniya performansı davamlı olaraq izlənir.
White Label xidməti nədir?
White Label xidməti ilə reklam idarəetməsi sizin agentliyinizin adı altında aparılır və müştəriləriniz bu prosesdən xəbərsiz olur.
Strateji məsləhətin üstünlükləri hansılardır?
Ekspert rəyi ilə büdcənizi daha effektiv idarə edir, rəqabətə uyğun kampaniyalarla daha yaxşı nəticələr əldə edirsiniz.
