Google Ads, Google-un reklam platformasıdır. Burada istər kiçik bir biznesin olsun, istərsə də böyük bir şirkət – məhsul və ya xidmətini Google axtarış nəticələrində və ya YouTube, Gmail və digər Google partnyor saytlarında reklam edə bilərsən.

Məsələn, sən “Bakıda çiçəkçi” axtarışı edəndə yuxarıda “Reklam” yazısı olan nəticələr görürsən. Həmin nəticələr Google Ads kampaniyalarıdır.


Google Ads necə işləyir?

Google Ads, açar sözlər (keywords) üzərində işləyir. Bir biznes sahibi kampaniya qurarkən, müştərilərin hansı sözləri axtara biləcəyini müəyyənləşdirir. Məsələn, bir kafe “Bakıda ən yaxşı desert” kimi sözlərə reklam verə bilər. İnsan bu sözü Google-da yazanda, həmin kafenin saytı reklam olaraq görünür.

Google sistemində minlərlə insan öz məhsulunu reklam etmək üçün bənzər açar sözlərdən istifadə etdiyinə görə, burada açıq artırma (auction) sistemi işləyir. Kim daha yüksək CPC (klik başına ödəniş) verirsə və reklamı daha uyğun və keyfiyyətlidirsə, onun reklamı daha üst sırada görünür.


Ödəniş modeli necədir?

Google Ads əsasən CPC (Cost-Per-Click) sistemi ilə işləyir. Yəni reklamına kimsə klikləməyincə pul ödəmirsən. Bu, büdcəni daha effektiv idarə etməyə imkan verir.

Alternativ ödəniş modelləri də var:

  • CPM (Cost-Per-Mille) – hər 1000 baxış üçün ödəniş
  • CPA (Cost-Per-Acquisition) – hər satış, qeydiyyat və ya digər məqsədə çatma halında ödəniş

Ancaq ən çox istifadə ediləni CPC-dir, çünki klik əsaslı nəticələr daha aydın ölçülə bilir.


Niyə Google Ads istifadə etməlisən?

Hədəfli auditoriya

Google Ads-in ən böyük üstünlüyü hədəfli auditoriya verməsidir. Sənin reklamın yalnız məhsuluna marağı olan insanlara göstərilir. Bu, ənənəvi televizor və ya banner reklamlarından çox fərqlidir.

Sürətli nəticə

SEO ilə yuxarı qalxmaq aylar çəkə bilər, amma Google Ads ilə 1 günə üst sıralara çıxa bilərsən.

Tam nəzarət

Reklam büdcəsini gündəlik olaraq təyin edə bilərsən. İstədiyin vaxt reklamı dayandırmaq və ya dəyişdirmək imkanı var.

Ölçülə bilən nəticələr

Google Ads statistikaları ilə reklamlarının neçə klik aldığını, neçə satış gətirdiyini dəqiq görə bilərsən. Bu da gələcəkdə strategiyanı təkmilləşdirməyə kömək edir.


Google Ads və SEO fərqi

Bəzən insanlar SEO (Search Engine Optimization) ilə Google Ads-i qarışdırır. SEO – saytı təbii yolla optimallaşdırıb yuxarı çıxarma prosesidir və pulsuzdur, amma nəticəsi zaman alır. Google Ads isə pullu reklamdıranında yuxarıya çıxarır. Amma ödəməni dayandıranda, reklam da dərhal bitir.

Ən yaxşı nəticə üçün çox zaman SEO + Google Ads birlikdə istifadə edilir. SEO uzunmüddətli yatırım, Google Ads isə sürətli nəticə alətidir.


Kimlər üçün uyğundur?

Google Ads, əslində hər kəs üçün uyğundur:

  • Kiçik biznes sahibləri (kafelər, mağazalar, xidmət təminatçıları)
  • Online mağazalar və e-ticarət saytları
  • Freelancerlər və startaplar
  • Böyük brendlər və korporativ şirkətlər

Reklam vermək üçün milyonlarla büdcəyə ehtiyac yoxdur. Hətta gündəlik 5-10 AZN büdcə ilə belə test kampaniyası qurmaq mümkündür.


Uğurlu Google Ads kampaniyası üçün 5 tövsiyə

1. Doğru açar sözləri seç

Hədəf kütlən hansı sözləri yazırsa, onları analiz et. Bunun üçün Google Keyword Planner istifadə edə bilərsən.

2. Cəlbedici başlıqlar yaz

Reklam mətni insanı klik etməyə təşviq etməlidir. Məsələn: “İndi al – 30% endirim yalnız bu həftə!”

3. Doğru hədəfləmə et

Yer, yaş, maraq kimi parametrləri seç ki, reklam boşuna göstərilməsin. Məhsulun Bakıdadırsa, Naxçıvana reklam göstərmək mənasız ola bilər.

4. Test et və optimallaşdır

İlk kampaniya mükəmməl olmayacaq. Düzəlişlər etməklə klik başına qiyməti azalda bilərsən.

5. Landing səhifəni hazırlıqlı saxla

Reklamdan gələn istifadəçilər keyfiyyətli bir səhifə görməlidirlər. Yavaş açılan, qarışıq və ya zəif dizaynlı səhifə konversiyanı azaldır.


Nəticə

Google Ads, məhsul və ya xidmətini potensial müştərilərə sürətli və effektiv şəkildə göstərmək üçün əla vasitədir. Əgər kiçik bir biznesin var və rəqiblərin artıq internet reklamlarından istifadə edirsə, bu oyunda geri qalmamaq üçün Google Ads sənin üçün ən yaxşı yollardan biridir.

Yaxşı planlanmış bir kampaniya ilə, az büdcə ilə belə böyük nəticələr əldə etmək mümkündür. Bu gün başlamaq üçün sadəcə bir Google hesabı açmaq və kiçik bir test kampaniyası qurmaq kifayətdir.